Ərdoğandan ÖNƏMLİ AÇIQLAMA: "Türklər harada yaşayırsa, o ölkələrə..."
"Yeni tip koronavirusla mübarizə çərçivəsində epidemiya başlayandan bu yana 142 ölkədən 100 mindən çox vətəndaş müalicə üçün Türkiyəyə gətirilib".
Publika.az xəbər verir ki, bunu İstanbuldakı Dolmabaxça Sarayında Beynəlxalq Demokratlar Birliyi (Uluslararası Demokratlar Birliği - UID) Qadın Qolları ilə Gənclik Qolları Mərkəzi Qərar və İdarə Heyətinin üzvlərini qəbul edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə epidemiyası ilə mübarizə çərçivəsində bu günə qədər 157 ölkə və 12 beynəlxalq quruma yardım göndərib:
"Avropada təxminən 6 milyon türk yaşayır. Onlar yaşadıqları ölkələrin siyasi, mədəni, iqtisadi və ictimai həyatına da böyük töhfə verir, bundan qürur duyuruq. Uğur Şahin (Almaniyanın bioteknologiya firması "BioNTech"in qurucu ortağı, professor) və Həsrət Türeci (dosent) kimi alimlərimizin "Covid-19" peyvəndini inkişafetdirmədə əldə etdikləri uğurlar göstərir ki, onlara dəstək və fürsət verildiyi zaman nələrə qadir olduqlarını göstərə bilirlər. Bu cür nümunələr təkcə Avropa türkləri deyil, digər köçən insanlara da inam və cəsarət hissi verir".
"Türkiyə COVID-19 epidemiyası dövründən daha da güclənərək çıxacaq. Tədbirlərə sarılıb təqdirə təslim olaraq epidemiya ilə mübarizəmizi davam etdirəcəyik", - deyə ölkə lideri bildirib.
Hüseyn
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər