Ərdoğandan SƏRT AÇIQLAMA: Bu ikiüzlülükləri əsəblə təqib etdikcə
"Türkiyə dünyanın ilk 100 müdafiə şirkətləri siyahısında 7 firma ilə təmsil edilir. Ölkəmiz İHA, SİHA, və TİHA istehsalında artıq dünyanın ilk üç-dörd ölkəsi içində yer alıb.
Pulika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Kayseridə təşkil olunan açılış mərasiminə canlı bağlantı ilə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bunun üçün biz işimizi görürük, hədəflərimizə köklənirik. Türkiyə olaraq əsas və alt podratçılarla birlikdə ehtiyatlarımızı bazaya yayaraq müdafiə sənayesində güclü bir ekosistem yaratmağa çalışırıq", - ölkə başçısı bildirib.
Türkiyə lideri terrorla mübarizə zamanı tək qaldıqlarını bəyan edib:
"Təxminən 40 illik terrorizmlə mübarizə müddətində müttəfiqlik ruhuna uyğun olmayan bir çox hadisə ilə qarşılaşdıq. Terrorla mübarizə zamanı tək qaldıq. Ölkəmiz tələb etdikdə qırx yerdən bəhanə gətirənlər bu silahları İŞİD-lə mübarizə adı altında Suriyada minlərlə tır və təyyarə ilə terorçulara təslim etdilər. Vətəndaşlarımızın həyatını qorumaq məqsədilə sərhddən kənar həyata keçirdiyimiz əməliyatlarda sözdə dostumuz olanlar bizi zəiflətmək üçün əllərindən gələn hər şeyi etdilər. Terror təşkilatının rəhbərləri tanınmış siyasətçi kimi qırmızı xalça sərilərək ən yüksək səviyyədə qəbul edildilər. Bu gün də bənzər addımların atıldığının davam edildiyini görürük. Ölkəmizə qarşı sərgilənən bu ikiüzlülükləri əsəblə təqib etdikcə öz hazırlıqlarımızı da sürətləndiririk. Qiymətli dostlarım, vətənin müdafiəsində qarşılaşdığımız bütün haqsızlıqları və qanunsuzluqları öz göbəyimizi özümüz kəsərək dəf etməkdə qərarlıyıq"
Hüseyn /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək