Ərdoğandan SƏRT TƏLƏB: ya qırıcılar, ya da pul... - VİDEO
Video əlavə olunub.
xxx
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan ya Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının tədarük edilməsini, ya da onlara ödənilən 1,4 milyard dolların geri qaytarılmasını tələb edib.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşdən sonra Ankaraya qayıdan Türkiyə lideri onu müşayiət edən jurnalistlərə S-400 zenit-raket kompleksləri üzrə Rusiya ilə silah müqaviləsində geri dönüş olmadığını söyləyib.
Ərdoğan həmçinin tələblərini dilə gətirərək, Vaşinqtonun pozduğu F-35 müqaviləsi çərçivəsində götürdüyü öhdəlikləri Amerika tərəfinə xatırladıb.
Türkiyə prezidenti, 30-31 oktyabr tarixlərində Romada G20 sammiti zamanı Prezident Co Baydenlə görüşərkən "təyyarə və ya pul" tələb edə biləcəyini deyib.
Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək İqlim Dəyişikliyi üzrə noyabr konfransı zamanı bu məsələnin yenidən gündəmə gəlməsi mümkündür.
"Biz 1,4 milyard dollar ödəmişik. Bunun axırı nə olacaq? Bu qədər pulu asan formada itirmək üçün qazanmadıq. Ya təyyarələrimizi verirlər, ya da pulumuzu qaytarırlar", - Ərdoğan tələbini açıqlayıb.
ABŞ-dan yeni sanksiyaların gəlməsinə baxmayaraq Türkiyənin əlavə S-400 hava hücumundan müdafiə sistemləri almaq planları ilə bağlı sualına Ərdoğan belə cavab verib: "S-400-dən istifadə prosesi davam edir. Geriyə dönüş yoxdur".
Hüseyn
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür