Ərdoğandan tarixi çıxış: "Kaş, Əsəd də Özbəkistana gələydi, onunla görüşəydim
Ərdoğanın Şanxay beşliyi toplantısı üçün Özbəkistana getməzdən əvvəl AK Partiya MKYK toplantısında "Kaş, Əsəd Özbəkistana gəlsəydi, onunla görüşəydim" dediyi ortaya çıxıb.
azxeber.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edilib ki, Xarici İşlər Naziri Mövlud Çavuşoğluna "Ərdoğan və Əsəd görüşəcəkmi?" sualları verilib. Çavuşoğlu bu suallara "Əsəd Şanxay beşliyinə gəlmir. Belə bir dəvət yoxdur", deyə cavab verib.
Çavuşoğlunun açıqlamasından sonra söz alan prezident Ərdoğan isə deyib ki, kaş Əsəd Özbəkistana gəlsəydi, onunla görüşərdim:
"Kaş Əsəd Özbəkistana gəlsəydi, onunla görüşərdim. Amma o, ora gələ bilməz. Onun üzündən Suriya dağılmaq üzrədir. O, öz iqtidarını qorumaq üçün müxalifətlə müharibəyə getdi. Amma böyük torpaqları qoruya bilmədi".
Ərdoğan fikirlərinə bu cür davam edib: "Kaş Özbəkistana gəlsəydi, görüşərdim. Bunları üzünə deyərdim. Biz o vaxt dedik ki, belə etsən, Suriya dağılacaq. Bizim xəbərdarlıqlarımıza məhəl qoymadı".
Aydın Nuri

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı