Ərdoğanın bu liderlə görüşü HƏYƏCAN YARATDI - Çətin qərarlar alınacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində görüşməsi planlaşdırılır.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, iki lider arasında 2022-ci ilin martından bəri ilk üz-üzə görüş Yunanıstan mediasında həyəcana səbəb olub.
"Mitsotakis və Ərdoğan görüşündə nələr olacaq?" başlıqlı yazıda görüşün tamamilə fərqli şərtlərdə baş tutacağı bildirilib.
Təhlildə qeyd olunub ki, hər iki lider güclü səs çoxluğu ilə yenidən seçilib, Türkiyədə baş verən dəhşətli zəlzələdən və Afinanı silkələyən qatar qəzasından sonra iki ölkə arasında münasibətlər xeyli yaxşılaşıb.
Ərdoğanın bu liderlə görüşü HƏYƏCAN YARATDI - Çətin qərarlar alınacaqMəqalənin müəllifi P.K. İoakeimidis Ukrayna müharibəsi və Türkiyənin Misir, İsrail, Suriya və Ermənistan kimi ölkələrlə başlatdığı normallaşma addımları ilə geosiyasi mühitin nəzərəçarpacaq şəkildə dəyişdiyini vurğulayıb.
İki liderin görüşünün Türkiyə və Yunanıstanda yeni siyasi dövrün başlanğıcı olduğunu və yeni qurulan güclü hökumətlərlə olduğunu ifadə edən İoakeimidis bu prosesdə çətin qərarların alına biləcəyini irəli sürüb.
"In.gr" nəşri isə Ərdoğan-Miçotakis görüşünün arzuolunan nəticəsini 3 bənddə ümumiləşdirib:
1. İki ölkə və iki lider arasında əlaqə kanallarının tamamilə yenidən qurulması;
2. Siyasət dialoqunun intensivləşdirilməsi, etimad quruculuğu tədbirləri və miqrasiya kimi mövzularda əməkdaşlığın inkişaf etdirilməsi;
3. Türkiyə və Yunanıstan arasında əsas məsələlər üçün addım-addım yol xəritəsinin hazırlanması, yanlış hərəkətlərdən çəkinmək üçün moratoriumun saxlanması.

Siyasi       Tarix: 30 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az cəbhədən son xəbərlər 2026 xeberlər siyaseti xeberler bugun