Ərdoğanın İsveç və Finlandiya liderləri ilə telefon danışığı oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç Baş naziri Maqdalena Andersson və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının əlaqələr şöbəsi yayıb.
Bildirilib ki, telefon danışığında ikitərəfli əlaqələr və İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti müzakirə olunub.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiklərini bildirərək, alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından mühüm dəyər olduğunu vurğulayıb. O, Türkiyənin uzun müddətdir İsveçin PKK/YPG-PYD-nin nəzarəti altında olan şəxslərlə təmaslarından narahat olduğunu qeyd edərək, FETÖ terror təşkilatının İsveçdə fəaliyyətini davam edirdiyini bildirib.
Türkiyə Prezidenti İsveçin terror təşkilatlarına siyasi, maliyyə və silah dəstəyinə son qoymasının vacibliyini vurğulayıb. O, terrorçu PKK/PYD-YPG qruplaşmasının İŞİD-ə qarşı mübarizə apardığı iddiasının həqiqəti əks etdirmədiyini bildirərək, İsveçdən PKK-nın Suriya və İraqda genişlənməsi ilə bağlı Türkiyənin narahatlığını bölüşdüyünü göstərən konkret və ciddi addımlar atmasını gözlədiklərini dilə gətirib.
Məlumata əsasən, R.T. Ərdoğan Suriyadan Türkiyəyə yönələn terror təhlükəsi səbəbilə həyata keçirməyə məcbur olduqları "Barış Pınarı" əməliyyatından sonra İsveç müdafiə sənayesinin ölkəsinə tətbiq etdiyi məhdudiyyətlərin də aradan qaldırmasının vacibliyini bildirib.
Finlandiya Prezidenti Niinistö isə danışıq barədə "Twitter"də bildirib
"Prezident Ərdoğanla açıq və birbaşa telefon danışığım baş tutdu. Mən bəyan etdim ki, NATO müttəfiqləri kimi Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə öhdəlik götürəcək və beləliklə, əlaqələrimiz daha da güclənəcək. Finlandiya terrorizmin bütün forma və təzahürlərini pisləyir. Yaxın dialoqumuz davam edir", – Finlandiya Prezidenti qeyd edib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Turlar.az [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun