Ərdoğanın sözçüsü: "Ermənistanın Türkiyə və Azərbaycana Fransa və ABŞ-dan daha çox ehtiyacı var"
"Ermənistanın Türkiyə və Azərbaycana Fransa və ABŞ-dan daha çox ehtiyacı var".
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Bilkənd Universitetində Türkiyənin xarici siyasətinin perspektivlərinə həsr olunmuş tədbirdə deyib.
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra regiona sülh və firavanlıq gələcək.
Bundan hamı, ən çox da Ermənistan yararlana biləcək. Çünki Ermənistan dənizə çıxışı olmayan, 3 milyon əhalisi olan kiçik bir ölkədir. Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi ən çox Ermənistanın inkişafına kömək edəcək.
Erməni diasporunun fikrincə, Ermənistanın Türkiyə və Azərbaycana Fransa və ABŞ-dan daha çox ehtiyacı var.
Açıq desək, bu gün Ermənistan Rusiyanın hərbi himayədarlığı və iqtisadi nəzarəti altındadır.
Ermənistan varlığı üçün çalışan, özünü Qərb blokunun bir hissəsi kimi yerləşdirən ölkədir. Ermənistan üçün ən yaxşı həll Türkiyə və Azərbaycanla münasibətlərin nizamlanmasıdır", – deyə Kalın bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim