Ərəb mətbuatı erməni təxribatından YAZDI
Ərəb ölkələrinin mediasında Ermənistanın təxribatlarını pisləyən və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən silsilə məqalələr dərc olunur.
KONKRET.az xəbər verir ki, Əlcəzairin "Əl Vəsit" qəzetinin bütöv bir səhifəsində Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarında baş verən təxribat və hücumları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təxribatlara son qoyması barədə rəsmi Yerevana çağırışı, Azərbaycan Ordusunun suveren sərhədlərimizi qoruması və düşmənə ağır zərbə endirməsi barədə məqalələr dərc olunub.
Bu ölkənin "Şuruq" və "Əl Hərir" qəzetlərində də Ermənistan ordusunun təxribatları, Azərbaycanın sülh təşəbbüsləri, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində bəyanatlarının yer aldığı məqalələr dərc olunub.
İordaniyanın "Əl Ənbat", "Cohina", "Şaab" qəzetlərində isə "Nensi Pelosi bombası" sərlövhəli məqalə dərc edilib. Məqalədə ABŞ Konqresi spikeri Nensi Pelosinin əvvəlcə Tayvana, sonra isə Ermənistana səfərlərinin dünyada sülhə və sabitliyə mənfi təsiri, onun bəyanatlarının birtərəfli və qərəzli olduğu vurğulanıb.
Yəmənin "24-Post" portalında dərc olunmuş məqalədə isə Ermənistan silahlı qüvvələrinin təxribatları, Livanda yaşayan ermənilərin Azərbaycanın səfirliyinə hücum etməsi, bütün bu hərəkətlərin Cənubi Qafqazda sülhə və sabitliyə ciddi zərbə vurduğu vurğulanıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib