Ərini öldürən hamilə qadın barədə qərar verildi
Sumqayıtın Corat qəsəbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədova məhkəməyə çıxarılıb.
KONKRET.az xəbə verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən iclasda prokuror iddianaməsini elan edib.
Təqsirləndirilən şəxsin vəkili xanım müvəkkilinin 6 aylıq hamilə olduğunu bildirərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini xahiş edib. Ə. Məmmədova ifadəsində əri Ağahüseyn İmanovun onu mütəmadi olaraq döyüldüyünü, hadisə vaxtı isə bıçaqla ona hücum etdiyini deyib. O, cinayəti özünü müdafiə məqsədilə törətdiyini bildirib. İş materiallarından məlum olub ki, zərərçəkmiş A.İmanov əvvəllər qanunsuz narkotik dövriyyəsinə görə məhkum edilib.
Məhkəmə cinayətin ağırlığını nəzərə alaraq təqsirləndirilən şəxsin sərbəst buraxılmasını uyğun görməyib. Qərara əsasən Ə. Məmmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 3 gün əvvəl qeydə alınıb. Ə.Məmmədova ərini bıçaqla qətlə yetirdikdən sonra könülli təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.//qafqazinfo
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu