Erməni deputat Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirəcəyindən qorxur - ŞƏRH

Erməni deputat Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirəcəyindən qorxur - ŞƏRHErmənistanda müxtəlif siyasi fraksiyalar hakimiyyətin Qarabağla bağlı apardığı siyasətə qarşıdır. Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması siyasi dairələrdə böyük səs-küyə səbəb olub. Parlamentdə təmsil olunan "Ermənistan" və "Mənim şərəfim" fraksiyalarının deputatları baş naziri satqınlıqda günahlandırırlar.
Hətta müxalif deputatlar 44 günlük müharibəylə bağlı baş nazirin istintaq komissiyasında iştirakına da biganədirlər. Sülhə qarşı çıxan həmin deputatlar daim Azərbaycanı təhdid edən bəyanatlar səsləndirirlər. Erməni cəmiyyətində fikir ayrılığı yaratmağa çalışan müxalifətçilər Paşinyanı yalnız bu yolla hakimiyyətdən uzaqlaşdırmağın mümkün olacağını düşünür, ictimai rəyi baş nazirin əleyhinə dəyişmək üçün yollar axtarırlar.
Bunun üçün öz təsir dairələrindəki mətbuat orqanlarından və sosial şəbəkələrdən maksimum yararlanmağa çalışırlar. Həmin platformalarda hakimiyyətin Qarabağla bağlı siyasətini kəskin tənqid edən fraksiya nümayəndələri Azərbaycanın da əleyhinə düşmənçilik şüarları səsləndirməkdə davam edir, ölkəmizi Ermənistana qarşı yeni təcavüzə hazırlaşdığı barədə yersiz iddialar səsləndirirlər.
Dünən "Mənim şərəfim" fraksiyasından parlamentdə təmsil olunan Tiqran Abramyan növbəti dəfə Azərbaycanı ittiham edib. Özünün "Facebook" hesabında Azərbaycanın Qarabağa qarşı guya etnik təmizləmə üçün yeni əməliyyata hazırlaşdığını bildirib.
"Azərbaycanda Qarabağa qarşı həm daxili, həm də xarici auditoriyaya yönəlmiş yeni əməliyyata başlamaq üçün böyük kampaniya gedir. Müəyyən məhdud əməliyyatların aparılmasına, hərbi obyektlərə zərbələrin endirilməsinə eyhamlar vurulur. Bununla da bəzi strateji yüksəkliklərin nəzarətə götürülməsi də istisna edilmir", – deyə erməni deputat yazır.
Erməni deputat onu da bilməmiş deyil ki, 10 noyabr üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərksilah edilməli və ərazidən çıxarılmalıdır. Amma həmin bəyanatın imzalanmasından 3 ilə yaxın vaxt keçsə də, Ermənistan tərəfi üzərinə götürdüyü bir çox öhdəliklər kimi, 4-cü bənddə nəzərdə tutulan öhdəliyi də yerinə yetirməkdən imtina edir.
Deməli, öz suveren ərazilərindən qanunsuz silahlı birləşmələri çıxarmaq üçün hüquqi əsas olan Azərbaycan istənilən vaxt antiterror əməliyyatı keçirərək erməni silahlılarını Qarabağ ərazisində zərərsizləşdirə bilər. Bunu Ermənistanda da çox gözəl anlayırlar və Azərbaycanın başlayacağı antiterror əməliyyatından öncə beynəlxalq təşkilatların diqqətini regiona yönəltməyə cəhd edirlər.
Vəli Həsənov.
KONKRET.az

Siyasi       Tarix: 04 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az cəbhədən son xəbərlər 2026 xeberlər siyaseti xeberler bugun