Erməni deputat: "Ermənistan tezliklə Türkiyənin vilayətinə çevriləcək"
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın NATO sammitində səsləndirdiyi bəyanatlar təkcə Rusiyada deyil, Ermənistanda da geniş müzakirə edilir. Son vaxtlar Rusiyanı kəskin tənqid edən ermənilər Ərdoğanın bəyanatından sonra rusların bölgədən sıxışdırılmasından narahatdırlar.
KONKRET.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Arman Abovyan rusların və iranlıların bölgədə təsirlərinin azalması prosesinin səbəblərini izah etməyə çalışır:
"Ərdoğanın rusların 2025-ci ildə Qarabağı tərk etməli olduğunu söyləməsi əslində ruslara qarşı aktiv təzyiq mərhələsinin yeni başlanğıcıdır. Türkiyə, Azərbaycan, ABŞ və Avropanın rusları bölgədən qovmaq niyyəti başadüşüləndirsə, Ermənistan hakimiyyətinin mövqeyi anlaşılan deyil. Birincisi, ona görə ki, Ermənistan hökuməti ABŞ və Avropa, Rusiya və İranı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün fəal addımlar atır. Lakin heç kimə sirr deyil ki, ruslar Qarabağı tərk etsələr, Ermənistandan da gedəcəklər.
Rusiya bütün resurslarını Ukrayna istiqamətində xərclədikcə, Cənubi Qafqaz Rusiyanın gələcəyi üçün ölümcül rol oynayacaq. Ermənistan isə Türkiyənin vilayətinə çevriləcək. Proses sürətləndikcə, Ermənistanın fiziki məhvi başlayacaq", – deyə erməni deputat bildirib.
Vəli Həsənov,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi