Erməni dərsliklərində "türk izi" – İrəvanda çaxnaşma düşdü - VİDEO
Video əlavə edilib.
*****
15:00
Ermənistanda tarix dərsliklərində "türk izi"nin olması ilə bağlı qalmaqal yaranıb.
Publika.az xəbər verir ki, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutu bununla bağlı Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.
Müraciətdə bildirilir ki, tarix dərsliklərini tərtib etmək üçün yeni standartlar üzərində işləyən ekspert qrupunun işində "türk izi" var. Belə ki, yeni standartlarda indiyə qədər türklərlə bağlı qəbul olunmuş "pis və ya dəhşətli insanlar" sözü dəyişdirilib. Ermənistanda hesab edirlər ki, bunu dəyişdirənlər casus ola bilər və məsələni təhlükəsizlik xidməti araşdırmalıdır.
"168 jam" saytı yazır ki, 2017-2019-cu illərdə "erməni tarixi", "Dünya tarixi" və "Sosial elmlər" fənlərinin standartını dəyişdirən mütəxəssislər qrupunun rəhbəri Lilit Mkrtçyandır.
"Mkrtçyan və qrupa daxil olan bir neçə ekspert türklərlə birlikdə "Türk və erməni məktəblərində tarix dərsi: tənqid və alternativlər" sənədini hazırlayıb və bu sənəd Ermənistan və Türkiyədə tarix dərsliklərini tərtib edərkən hansı meyarlara riayət edilməli olduğunu izah edən bələdçi rolunu oynayır", - sayt yazır.
Əsas narazılıq doğrudan məqamlardan biri də tarix dərsliklərində vətənpərvərlik kəlməsinin azalması, əvəzində sülh sözünün çoxalması, toponimlərlə bağlıdır.
Asif

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
ABŞ bu ölkədə silah anbarı tikir
SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ
SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi
Medina "Qarabağ"dan getdi
Cavid Hüseynov bu klubun baş məşqçisi oldu