Erməni lobbisindən pul alan Avropa Parlamenti Azərbaycandan nə istəyir? - AÇIQLAMA
18 yanvar tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Qəbul edilmiş qətnamədə yenə anti-Azərbaycan xarakterli bəndlər yer alıb.
Bəs erməni lobbisindən pul alan Avropa Parlamenti Azərbaycandan nə istəyir?
Məsələ ilə bağlı azxeber.com-a danışan politoloq Turan Rzayev bildirib ki, Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokada"da olması kimi sərsəm iddialar əks olunub.
"Diqqətçəkən digər məsələ isə artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri"nə istinad edilməsidir. Ümumiyyətlə, Avropa Parlamentinin bu qətnaməsi boş bir kağız parçasından başqa bir şey deyil. Laçın yolu blokadada deyil. Azərbaycanlı eko-aktivistlərin Şuşa-Laçın yolunda təşkil etdiyi aksiya həm beynəlxalq hüquqa, həm də Azərbaycan konstitusiyasına uyğundur. Digər tərəfdən, Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir və Azərbaycan vətəndaşlarının ölkənin digər ərazilərində olduğu kimi burada aksiya keçirmək haqqı var. Avropa Parlamentinin Laçın yolunun guya "blokada"da olması kimi sərsəm iddiaları rəsmi Bakının daxili işinə qarışmaq deməkdir".
Politoloq qeyd edib ki, işğalçı Ermənistan qoşunlarının tör-töküntüləri hələ də ərazimizdən çıxarılmayıb:
"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi 30 il ərzində Avropa Parlamenti yalnız bir-iki qətnaməsinə növbətçi ifadələr daxil etməklə kifayətlənmişdi. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistan qoşunlarının tör-töküntüləri hələ də ərazimizdən çıxarılmayıb və bu fakt belə özlüyündə qətnaməni əsassız edir".
Politoloq əlavə edib ki, 2020-ci ildən bəri mina partlaması nəticəsində 300 nəfər Azərbaycan vətəndaşı həlak olub:
"2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı partlayışların qurbanı olub. Bundan başqa, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol da hələ açılmayıb. Bu və digər aktual məsələlər kənarda qala-qala Avropa Parlamentinin Laçın yolunun "blokada"da olmasını dilə gətirməsi riyakarlıqdan başqa bir şey deyil. Belə qətnamələr, heç bir vəchlə Azərbaycanın iradəsinə təsir edə bilməz, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz. Prinsip etibarilə Avropa Parlamenti Azərbaycanı ittiham edəcək ən sonuncu qurumdur. Belə ki, təşkilat özü də heç süddən çıxmış ağ qaşıq deyil".
Siyasi şərhçi sonda deyib ki, Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət" verməyə haqqı yoxdur:
"Ötən ay Yunanıstandan olan vitse-prezident Eva Kailin adı milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəldi. Onu da deyim ki, bu ilk belə hal deyil. Korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası"ndan gen-bol faydalanan Avropa Parlamentində Eva Kail kimi irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan şəxslər çoxdur. Buna görə də Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət" verməyə mənəvi, həmçinin siyasi haqqı yoxdur".
Mikayıl Mirzəzadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür