Erməni ordusunun məğlubiyyətini haqq adlandıran biznesmen nazir oldu
Ermənistanın ən böyük qida karqosu şəbəkəsi olan "Menu.am"ın direktoru Vahan Kerobyan iqtisadiyyat naziri təyin olunub.
Publika.az xəbər verir ki, təyinat Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi ilə həyata keçirilib, müvafiq fərmanı isə prezident Armen Sarkisyan imzalayıb.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, təyinat haqqında sərəncam Ermənistan Konstitusiyasının 131-ci maddəsi və "Hökumətin strukturu və fəaliyyəti haqqında" Qanunun 5-ci maddəsinin 1-ci hissəsi əsasında imzalanıb.
Beləliklə, Vahan Kerobyan 24 noyabrda bu vəzifədən istefa məktubu yazan Tiqran Xaçatryanı əvəz edib.
Qeyd edək ki, Vahan Kerobyan qısa müddət əvvəl erməni ordusunun zəifliyindən danışaraq Azərbaycan ordusu qarşısında məğlubiyyətin haqq olduğunu bəyan etmişdi: "Bizə nağıl danışırdılar. Deyirdilər ki, biz güclüyük. Biz səhvən hesab edirdik ki, ordumuz çox güclüdür, istədiyimiz hər şeyi edə bilərdik. Amma, əslində, cəmiyyətdə heç kim real vəziyyəti bilmirdi. İndi biz layiq olduğumuz nəticəni almışıq".
Asif, Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək