Erməni politoloq: "Fransa tarixdə ermənilərlə çox oyun oynayıb"
Fransanın erməniləri oynatmaqla bağlı kifayət qədər zəngin təcrübəsi var".
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu "Dünyada baş verən proseslərin Ermənistana təsiri" mövzusunda müzakirə zamanı politoloq Arqişti Kiviryan deyib.
Onun sözlərinə görə, Fransa Senatın qərarını Azərbaycanla ticarət obyektinə çevirəcək: "Üstəlik, Senatın qərarı məsləhət xarakteri daşıyır".
Analitikin fikrincə, Fransa həqiqətən də Ermənistana kömək etmək istəsəydi, 44 günlük müharibə zamanı Ermənistanı silah, sursat və kəşfiyyatla təmin edə bilərdi:
"Məndə olan məlumata görə, Azərbaycan fransızların yaratdığı peyk sistemlərindən kifayət qədər çoxlu kəşfiyyat məlumatları alır. Əgər Fransa hazırda Ukraynaya verilən silahların 10 faizini Ermənistana versəydi, bu, hətta hüquqi qüvvəsi belə olmayan bəyanatlardan 100 dəfə təsirli olardı. Siyasətdə belə bəyanatlar qarşı tərəfə ünvanlanmış ticarət təklifidir. Fransanın çox təsirli silah növləri var ki, Ermənistan onlardan bir patron belə almayıb".

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü