"Erməni sakinlərin reinteqrasiyasında qərarlıyıq" - Nazir
"Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə deyib.
Görüş zamanı müqabil tərəfi keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə məlumatlandıran nazir, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edən bu ağır dövrdə Qaçqınlar üzrə Ali Komissarlığın ölkəmizlə əməkdaşlığını məmnuniyyətlə xatırladığını bildirib.
Nazir, həmçinin münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə aparılan intensiv bərpa və yenidənqurma işlərindən bəhs edərək, bu işlər çərçivəsində artıq məcburi köçkünlərin Ağalı və Talış kəndlərinə qayıtmağa başladığını qeyd edib. Nazir Ceyhun Bayramov ölkəmizin həmçinin erməni sakinlərin reinteqrasiyasında qərarlı olduğunu vurğulayıb.
Bununla yanaşı, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfindən hərbi-siyasi təxribatlar diqqətə çatdırılıb. İşğal dövründə beynəlxalq təşkilatların missiyalarına imkan yaratmayan Ermənistan tərəfinin son zamanlar beynəlxalq təşkilatlardan öz məkrli niyyətləri üçün istifadə cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir