Erməni spikerdən Zaxarovadan üzr istəməsi TƏLƏB OLUNDU
"Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan dediyi fikirlərə görə üzr istəməyə borcludur".
KONKRET.az xəbər verir ki, bunu TASS-a Liberal Demokrat Partiyasının lideri və Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski deyib.
Bir gün əvvəl Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi Simonyanın Laçın yolu və Rusiya sülhməramlıları ilə bağlı vəziyyəti tənqid etməsini şərh edərkən qeyd edib ki, Ermənistan nümayəndələri son vaxtlar kobudluq həddində ritorikaya yol veriblər:
"Simonyanın ritorikası artıq kobudluq həddində deyil. Erməni həmkarımız açıq-aşkar ədəb həddini aşdı. Onun açıqlamaları iyrənc və ləyaqətsizlikdir. Hesab edirəm ki, Ermənistan parlamentinin spikeri Mariya Zaxarovadan və bütün Rusiya Xarici İşlər Nazirliyindən üzr istəməyə borcludur", – deyə Slutski bildirib.
Günel Mikayılova,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ