Erməni təxribatı nəticəsində yaralanan mülki şəxs: 'Yaxınlığımıza top mərmisi düşdü
"Kəlbəcər rayonunun Dəmirçidamı kəndi ərazisində yaxınlığımıza top mərmisi düşdü".
Bunu "Report"a açıqlamasında sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan tərəfinin genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcərdə yaralanan mülki şəxs Asim Musayev deyib.
O bildirib ki, hadisə zamanı ərazidə heyvandarlıqla məşğul olub: "Bir anlıq elə bildim ki, ayağım qopdu. Orada tək deyildim, həmyerlim Arzuman Orucovla birlikdə idim. Həmin vaxt Arzuman isə topuğundan qəlbə yarası aldı. O, mənə ilkin tibbi yardım göstərdi. Daha sonra məni hospitala gətirdilər".
"Daha əvvəl döyüşlərdə qardaşlarım şəhid olub. Mən özüm isə əliləm. Biz heç nədən qorxmuruq, çünki güclü ordumuz var. Allah ordumuzu, Vətənimizi qorusun", o vurğulayıb.
Gəncə Beynəlxalq Xəstəxanının Təcili Yardım Şöbəsinin həkimi Ruslan Əzizov "Report"a açıqlamasında deyib ki, sentyabrın 13-də Ermənistan tərəfinin təxribatı zamanı zərərçəkmiş - Azərbaycan vətəndaşı Asim Musayev sol bud nahiyəsinin qəlpə yaralanması ilə müraciət edib:
"Aparılan ilkin müayinələrdən sonra sol aşağı ətrafın qan dövranın kəskin pozlması və sinir toxmasının zədələnməsi aşkar olunub. Hazırda aidiyyəti mütəxəssislər tərəfindən xəstənin əməliyyat öncəsi hazırlığı görülür. Asim Musayevin qısa müddətdə sağlığına qovuşması üçün xəstəxana tərəfindən o, əməliyyata alınacaqdır. Vəziyyəti orta ağır qiymətləndirilir".
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var