Ermənilər AZƏRTAC-la bağlı yalan danışır - AÇIQLAMA / FOTO
Ermənistan mətbuatında AZƏRTAC-da dərc olunan materialda sitatların guya təhrif edildiyi, Yuta Universitetinin alimlərinin işlətmədiyi ifadələrin yayımlandığı barədə iddialara cavab olaraq bildiririk ki, qeyd olunan məlumat Yuta Universitetinin yaydığı press-reliz əsasında hazırlanıb və Agentlik həmin tədbirdə iştirak etməyib.
KONKRET.az xəbər verir ki, bu barədə AZƏRTAC-dan bildirilib
"Qeyd edilən məlumatla bağlı olan press-relizin orijinalı AZƏRTAC-da saxlanılıb (fotolar əlavə olunur). Bundan əlavə, press-relizin özəlliklərində müəllif Eva Vasilevska, redaktoru M.Yavuz olduğu aydın görünür (foto əlavə olunur). Buna görə də araşdırmaçı statusuna iddia edən erməni jurnalistə isə ittiham irəli sürməzdən əvvəl faktlarla düzgün işləməyi öyrənməyi tövsiyə edirik.
Bildirilir ki, tədbirdə iştirak etmiş iki professor özlərinə aid olmayan sitatların guya məlumata salındığını qeyd ediblər. Ermənistan mətbuatı hətta onlardan müsahibə də alıb. Qeyd edək ki, tədbirdə iştirak edən professor Stiven Lobell özünə aid sitatla bağlı AZƏRTAC-a müraciət etdikdən sonra onun ifadələri həmin məlumatdan çıxarılıb. Lakin Ermənistan mətbuatında adı çəkilən digər professor Marcori Kaslın isə Agentliyə müraciəti daxil olmayıb.
Bundan əlavə, Ermənistan mətbuatı guya məsələ ilə əlaqədar AZƏRTAC-dan açıqlama almağa çalışıb. Lakin bildiririk ki, Agentliyə həmin media subyektindən sorğu daxil olmayıb və məqalə birtərəfli şəkildə dərc edilib.
Bir daha bildiririk ki, AZƏRTAC bu məlumatı Yuta Universitetinin press-relizi əsasında dərc edib və Agentliyin heç bir müxbiri həmin tədbirdə iştirak etməyib. Bu səbəbdən qeyd edilən sitatların AZƏRTAC tərəfindən yazılması iddiasını qəti şəkildə rədd edirik və bunu Agentliyin imicinə xələl gətirmək cəhdi kimi dəyərləndiririk", – məlumatda deyilir.



"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda