Ermənilər Mahatma Qandinin heykəlini və bütün hind xalqını təhqir etdi - FOTO
Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandinin İrəvanda qoyulmuş heykəli təhqir olunub.
Publika.az xəbər verir ki, heykəl yumurta atəşinə tutulub və üzərindəki Mahatma Qandi yazılmış lövhə sökülüb. Daha sonra heykəl yandırılıb.
Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin Ermənistanın paytaxtı İrəvanda qoyulmuş heykəli təhqir olunub.
Hadisəni kimlərin törətdiyi müəyyən olunmayıb, saxlanılanlar yoxdur. Sosial şəbəkələrin Ermənistan seqmentində isə heykəlin sökülməsi tələbi irəli sürülür.
"İrəvanın alternativ meriyası" ictimai Birliyi heykəlin sökülməsi ilə bağlı çağırış edib.
"Qandi ermənilərə nifrət edib və Atatürkün müttəfiqlərindən olub. İrəvanda ona yer yoxdur, biz heykəlin sökülməsi uğrunda mübarizə aparacağıq", - çağırışda deyilir.
M.Qandinin heykəli İrəvan meriyasının qərarı ilə bir neçə gün öncə qoyulub. Heykəl açılışından sonra ermənilər tərəfindən hücuma məruz qalıb.
Mahatma Qandi Hindistan və hind xalqı üçün əvəzsiz liderdir. Qandi hind xalqı üçün təkcə siyasi yox, həm də ruhani rəhbər sayılır. Ermənilərin Hindistanın misilsiz liderinə qarşı törətdikləri vandalizm aktı bütövlükdə hind xalqını, onun tarixini və dəyərlərini təhqir etməkdir.
Asif
Turlar.az [newsid: 0-123300]

SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Milli Məclis Prezident və xanımını təbrik etdi
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb