Ermənilər müsəlman dünyasına qarşı təxribat törətdi - Frimeş
Qarabağda məscidlərin ermənilər tərəfindən dağıdılması təkcə azərbaycanlılara münasibətdə deyil, bütün müsəlman dünyasına qarşı təxribatdır.
KONKRET.az xəbər verir ki, bunu Report-a Küveytin "An-nahr" qəzetinin əməkdaşı Samirə Frimeş məlumat verib.
O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıları görəndə çox kədərləndiyini bildirib.
"Küveytdə işimlə əlaqədar olaraq Qarabağda baş verənlər haqqında çox eşitmişəm. Amma özünüz də gözəl başa düşürsünüz ki, eşitmək və öz gözlərinizlə görmək tamamilə fərqlidir", – jurnalist deyib.
O, Azərbaycanda daha əvvəllər də olsa da, Qarabağa ilk dəfədir səfər etdiyini vurğulayıb.
"Allaha şükür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, biz Azərbaycan xalqı üçün çox sevinirik", – Samirə Frimeş bildirib.
"Cəmi 8 ay ərzində tikilmiş Füzuli hava limanınını görməkdən şadam. Bu, həqiqətən möcüzədir. Azərbaycan hökumətinin bu ərazilərin bərpası üçün gördüyü işlər heyrətamizdir ", – jurnalist fikrini tamamlayıb.
Xatırladaq ki, Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist bu gün Füzuli rayonuna səfər edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir