Ermənilər Njdenin Qarabağdakı abidəsini sökməyə hazırlaşır
Qarabağ separatçılarının liderlərindən biri, Dağlıq Qarabağın "Təhlükəsizlik Şurasının" katibi Vitali Balasanyan dünən Qaregin Njdenin Xocavəndin (erməni versiyası – Martuni) mərkəzindəki abidəsinin sökülməsini təklif edib.
Bu barədə "Azadlıq radiosu"nun erməni xidmətinə Xocavənd rayon Ağsaqqallar Şurasının üzvü Artak Mkrtçyan və Ermənistan Milli Məclisinin müstəqil deputatı Sofiya Ovsepyan məlumat veriblər.
Radiostansiyanın məlumatına görə, V. Balasanyan nasizmin əlaltısı Q. Njdenin abidəsinin 9 May – Hitler rejimi üzərində Qələbə gününə qədər sökülməsində israr edir. Balasanyan problemin həlli üçün digər bir variant - abidənin Zəngəzur rayonuna köçürülməsini də təklif edib.
Xocavənd erməni icması nümayəndələrinin bildirdiyinə görə, abidənin sökülməsində Rusiya Sülhməramlı kontingentinin rəhbərliyi təkid edir.
Xatırladaq ki, müasir Ermənistanda canonize edilmiş erməni üsyançı ordusunun liderlərindən biri olan Qaregin Njde sovetləşmədən əvvəl Zəngəzur və Dağlıq Qarabağdakı Azərbaycan əhalisinin məhvinə və təmizlənməsinə şəxsən başçılıq edib. Daha sonra isə Avropaya köç edərək, faşist hərəkatına qoşulub... (virtualaz.org) /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək