Ermənilər qaçmaq üçün İrəvana tələb göndərir - Deputat şok faktları açıqladı/VİDEO
Video əlavə olunub.
xxx
Beyrutda məskunlaşan bir çox erməni İrəvana gəlmək istəyir.
Publika.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə "Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Anna Kostanyan Feysbuk səhifəsində yazıb.
"Bir çox tanıdığım və tanış olmayan ermənilər Ermənistan hökumətindən xüsusi uçuşlarla tarixi vətənlərinə aparılmasını xahiş edirlər. Düşünürəm ki, hökumət və Xarici İşlər Nazirliyi Livan ermənilərinin mümkün qədər tez Ermənistana köçürülməsini birgə təşkil etməlidir", - deputat bildirib.
O, ölkə rəhbərliyinə dəstək və başsağlığı sözlərindən kənara çıxmağa, Livan erməniləri üçün dəqiq addımlar atmağa çağırış edib.
Xatırladaq ki, partlayış nəticəsində Beyrutun yarısı zərər görüb. Zərərçəkmiş tikililər arasında erməni məhəllələri, o cümlədən Müqəddəs Gevork kilsəsi, Livandakı Ermənistan səfirliyinin binası da var. Ölən ermənilərdən biri Livan Əl-Kataib partiyasının baş katibi Nizar Najaryan da olub. Ümumilikdə, hadisə zamanı 3 erməninin öldüyü, yüzə yaxın yaralının olduğu bildirilir.
Xatırladaq ki, Livan ermənilərin ən çox məskunlaşdığı ölkələrin başında gəlir. Beyrut həm də ASALA terror təşkilatının yarandığı yer kimi yadda qalıb.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək