Ermənilər Şuşa türməsində 12 yaşlı azərbaycanlı uşağa dəhşətli işgəncə veriblər
Birinci Qarabağ müharibəsində girov götürülərək Şuşa türməsində ağır işgəncələrə məruz qalan azərbaycanlı Cəmaləddin Hüseynov ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, o, jurnalistlərə açıqlamasında şahidlik etdiyi dəhşətli hadisələri nəql edib.
C.Hüseynov bildirib ki, 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndi işğal olunanda 12 yaşında olarkən ermənilər tərəfindən girov götürülüb:
"Bizi Əsgərana gətirdilər və orada bir həftə saxlayandan sonra Şuşa türməsinə apardılar. Şuşa türməsinə gətirəndən sonra gördük ki, dayanmağa, oturmağa yer belə yoxdur. Çünki türmə qız, gəlin, uşaq, qocalarla doldurulmuşdu. Onlar hər kəsə işgəncə verirdilər, xüsusi amansızlıqla qəddarlıq nümayiş etdirirlər. Ölənləri sürüyüb bizə çıxarmağı əmr edirdilər. Sonra isə meyitləri ekskvatorlar vasitəsilə qazılmış 3, 5 və 10 meyit olmaqla kütləvi məzarlıqda basdırırdılar. Hətta gözümdən görmüşəm ki, hamilə qadınların bətnini yarıb can verə-verə donuzların qarşısına tullayırdılar. Onlar qışqıra-qışqıra donuzlara yem olurdu". / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi