Ermənilər TƏŞVİŞDƏ: "Azərbaycan təhlükəli tələb irəli sürüb"
"Ermənistanın azərbaycanlaşdırılması təhlükəsi ilə üz-üzəyik".
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Suren Petrosyan televiziyada "Nver Mnatsakanyanla bir gün" proqramında deyib.
O hesab edir ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi Bakının maksimalist tələbləri və erməni tərəfinin kifayət qədər müqavimət göstərmədiyi şəraitdə gedir.
Petrosyan bəyan edib ki, Bakı Ermənistan ərazisindən anklavlar və dəhliz iddiaları ilə yanaşı, daha bir "təhlükəli" tələb irəli sürür.
"Azərbaycan Ermənistan ərazisindən anklavlar və dəhliz iddiaları ilə yanaşı, daha bir "təhlükəli" tələb irəli sürüb. Bakı Sovet dövründə Ermənistanda yaşayan azərbaycanlıların Ermənistana qaytarılmasını tələb edib. Ermənistanın azərbaycanlaşdırılması təhlükəsi ilə üz-üzəyik", – deyə Petrosyan bildirib.
Politoloq əlavə edib ki, rəsmi Bakı Ermənistandakı azərbaycanlıların təhlükəsizliyinin Azərbaycan polisi tərəfindən təmin olunacağını açıqlayıb.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi