Ermənilər yeni teror təşkilatı yaratdı: Azərbaycan və Türkiyəyə qarşı "MÜHARİBƏ" ELAN ETDİ - FOTO

Ermənilər yeni teror təşkilatı yaratdı: Azərbaycan və Türkiyəyə qarşı Ermənistan POQA adlı məktəbdə Türkiyə və Azərbaycana qarşı pulsuz hərbi təhsil verən yeni terror təşkilatı qurub.
Teleqraf.com-a istinadla xəbər verir ki, terrorçuların Feysbuk səhifəsi "Düşmənimiz sərhədin o tərəfindədir" şüarı ilə fəaliyyət göstərir.
Türkiyənin "Haber7" saytının məlumatına görə, Hərbi Vətənpərvərlik Məktəbi (POQA) adlanan qurum PKK və ASALA terror təşkilatları tərəfindən dəstəklənir.
Bu təşkilatın bu ilin martın 20-dən fəaliyyət göstərdiyini bildirən Əsassız Soyqırım İddiaları ilə Mübarizə dərnəyinin rəhbəri Savaş Eğilmez POQA-nın erməni diasporu tərəfindən maliyyələşdirildiyini diqqətə çatdırıb.
Məktəbin ən böyük maliyyəçisi ABŞ-ın Kaliforniya ştatında səhiyyə sektorunda fəaliyyət göstərən erməni-amerikalı iş adamı Vrej Qriqoryandır.
POQA sosial şəbəkələrdə etdiyi çağırışında 18-55 yaş arası bütün erməniləri və digər ölkələrin vətəndaşlarını Türkiyə və Azərbaycana qarşı işləməyə dəvət edib.
Təşkilat onun üçün işləyəcək şəxslərə 100 dollar maaş verir.
Məktəb hətta Moskvadan İrəvana birbaşa uçuşlar üçün təyyarə biletləri ödəməyi öhdəsinə götürür.
Əsasən gəncləri özünə cəlb edən POQA-da həm kişilər, həm də qadınlar keçmiş hərbi mütəxəssislər tərəfindən hazırlanır. Bu çərçivədə atış, ilkin tibbi yardım, hərbi strategiya və hərbi texnikadan istifadə qaydaları ilə birlikdə psixologiya təhsili verilir. Bununla yanaşı, POQA odlu və soyuq silahlardan istifadə etməyi, partlayıcı maddə hazırlamağı, çöl şəraitində qalmağı, yerli insanlarla ünsiyyət qurmağı, döyüş sənətləri və çətin şəraitdə sağ qalma üsullarını öyrədir.
Təşkilatın Feysbuk səhifəsində "Sərhədin bu tərəfində düşmən axtarmayın. Düşməniniz sərhədin o tərəfindədir. Təhqir və böhtanla bu düşməni məğlub edə bilməzsiniz" qeydi yer alıb.
Avqustun 1-də yeni terror kursuna başlayan POQA-nın gələcəkdə erməni xalqı üçün təhlükə yaradacağını deyən Eğilmez bildirib: "Bu terror təhsili alan nəsil özü kimi düşünməyən digər erməniləri düşmən hesab edib onlara başağrısı yaradacaq".
Ermənistanın bu təşkilatla Qarabağa qarşı yeni bir həmlə edəcəyi iddia olunub. /publika.az

Dünya       Tarix: 13 avqust 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən yeni xəbərlər kriminal xeber son xeberler bugun 2026 azerbaycan cəbhədən son durum