Ermənilərə qucaq açan Baydenin Qarabağ arzusu - ABŞ-ın Paşinyanlı Qafqaz PLANININ DETALLARI

Ermənilərə qucaq açan Baydenin Qarabağ arzusu - ABŞ-ın Paşinyanlı Qafqaz PLANININ DETALLARITürkiyəli yazar-jurnalist Taha Dağlı ABŞ Prezidenti Co Baydenin qalmaqallı "soyqırımı" qərarının nədən qaynaqlandığını və gələcəkdə bölgəyə necə təsir göstərəcəyini təhlil edib.
Publika.az T.Dağlının "Ermənilərlə yanaşı yunanlar və PKK üçün də mesaj var" başlıqlı məqaləsini təqdim edir:
Türkiyə Suriyanın şərqində "PKK-PYD" əleyhinə əməliyyat həyata keçirəndə ABŞ-ın prezidenti Donald Tramp idi. ABŞ-dakı Demokratların demək olar ki hamısı, Respublikaçıların əksəriyyəti Trampı günahlandırdı, "Necə ola bilər ki, Türkiyənin müttəfiqlərimizə qarşı apardığı əməliyyatlara susursunuz?" dedilər.
Türkiyənin terrorçular əleyhinə başlatdığı əməliyyatlara "soyqırım" ilə qarşılıq verdilər
Trampdan bir səs gəlmədikdə isə hərəkətə keçdilər.
"Soyqırımı" iddiaları ABŞ Konqresinin hər iki qanadında - Nümayəndələr Palatasında və Senatda qəbul edildi. Amerikalılar Türkiyənin "PKK-PYD" terror təşkilatına istiqamətli əməliyyatlarına "soyqırımı" təhdidləri ilə cavab vermiş oldu.
Bayden prezidentliyə namizəd olarkən, Konqresin əlindəki sənədləri qəbul edəcəyinə söz verdi.
Və etdi.
Erməni yalanlarını "soyqırımı" olaraq elan etdi.
Türkiyənin cavabı yenə PKK əməliyyatı oldu
Soyqırım yalanları bir PKK əməliyyatı ilə başlamışdı, Türkiyənin cavabı yenə də PKK əməliyyatı ilə oldu.
Ərdoğan Baydenlə telefonda görüşməsindən sonra, türk əsgəri Şimali İraqda PKK terror təşkilatına qarşı "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatlarına başladı.
Artıq orada PKK üçün bir yer yoxdur.
Bu əməliyyatlarının davamı deyəsən Sincar olacaq, elə görünür.
ABŞ-ın Paşinyanlı Qafqaz planı
Yenidən "soyqırımı" ifadəsinə gəlsək, Baydenin mətnində erməni ittihamlarından bəhs edilərkən, yunanlara da istinad edilib. Co Bayden bu mətndə İstanbul ifadəsini istifadə etmir, ancaq Yunanıstanı razı salmaq üçün Konstantinopol deyir. Eynilə Yeni Zelandiyadakı məscidlərə hücum edib insanları qətl edən terrorçu kimi. Həmin terrorçu da qətliam elanında israrla Konstantinopol deyirdi.
Və əlbəttə, Bayden ermənilərə qucaq açdı. Amma hamısına deyil.
Xüsusilə, Ermənistana rəhbərlik etməsini istədiyi Nikol Paşinyana "soyqırımı" ifadəsi ilə hədiyyə etdi. Çünki ABŞ Paşinyanı güclü tutaraq Qafqazı dizayn etməyi planlaşdırır.
ABŞ Paşinyanı Rusiyanın Qarabağdakı təsirinə qarşı meydana çıxara bilər. Bu isə bölgənin yenidən qarışmasına səbəb olacaq.
Ermənistandakı müxaliflərin Baydenin "soyqırımı" ifadəsini işlətməsinə reaksiyalarına baxdığımızda, məsələni daha yaxşı başa düşmək olar. Çünki Paşinyana qarşı olan rusiyapərəst ermənilər ABŞ-ın bu "soyqırımı" elanı ilə Qarabağda bir nəzarət mexanizmi quracağına inanırlar.
ABŞ-ın əlində yalnız bir kart qalıb
ABŞ illərdir əlində tutduğu kartı oynadı. Həm Ermənistan üçün, həm Yunanıstan, həm də PKK üçün.
Ermənistanın ASALA terror təşkilatı ilə Yunanıstan EOKA təşkilatının və PKK-nın eyni olduğunu unutmayaq.
ABŞ rəhbərliyinin əlində indi yalnız FETÖ oyuncağı olan "Halkbank" kartı var. Tezliklə onu da işə salacaqlar. Ancaq əvvəlcə Bayden rəhbərliyinin başqa bir hərəkət etməsi ehtimalı böyükdür.
Suriyadakı PYD terror təşkilatına Türkiyəyə düşmənçiliyi səbəbiylə muxtariyyət verməyə çalışa bilərlər.
Akqabay Mıradov

Dünya       Tarix: 25 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun şou biznes xəbərləri ən son xəbərlər bugün axsam az xeberler