Ermənilərin ƏLACI KƏSİLİR: "Paşinyan bacarmır, Putinə müraciət etməliyik"
Ermənistanda ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanla görüşdən narazı qalıblar.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Qeyd edilir ki, valideynlərin bir hissəsi görüşü yarımçıq tərk ediblər. Bəziləri isə hökumət binasında qalaraq baş nazirlə danışıqları davam etdiriblər.
"Yeddi aydır cavab vermirlər. Ora-bura, DNT mərkəzinə göndərirlər. Heç kim valideynlərə həqiqəti söyləmir. Onlara danışmaq asandır, uşaqları yanındadır", - deyə valideynlərdən biri kobud tərzdə qeyd edib.
"Ümid edirdik ki, hökumət var, amma bu şəxs (baş nazir Nikol Paşinyan-red) suallarımızı cavablandıra, uşaqlarımız haqqında məlumat verə bilmir ki, övladlarımızın harada olduğunu, əsir və ya itkin düşdüyünü bilək. Əgər işləyə bilmirsə, bizə yalnız Putinə müraciət etmək qalır", - deyə başqa valideyn şikayətlənib.
Qeyd edək ki, dünən səhər aksiyanın iştirakçıları problemlərinin KİV-də işıqlandırılmasından imtina ediblər. Onlar hesab edirdilər ki, artıq səs-küy problemin həllinə mane olur. (Report)
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək