Ermənilərin MƏNFUR ƏMƏLİ: "Bunu bağışlamaq mümkün deyil" - KOROTÇENKO
"Ağdamda elə bir hiss yaranır ki, sanki burada atom bombası partlayıb. Dağıdılmış Ağdam məhv edilmiş Xirosima və Naqasakini xatırladır".
Publika.az xəbər verir ki, bunu "Report"a Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Rusiya nümayəndə heyətinin Ağdama səfəri zamanı bildirib.
"Ermənilər burada Azərbaycan xalqına qarşı nifrət bombasını partladıblar. Dağıntıların miqyası insanı sarsıdır. Yəqin ki, yer üzündə vandalizmin, nifrətin və düşmənçiliyin miqyasının bu qədər aşkar şəkildə göründüyü başqa bir yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi liderləri buna görə hərbi tribunalda cavab verməlidirlər. Bunu bağışlamaq mümkün deyil. Ermənistanın birinci və ikinci Qarabağ müharibələrini başladan və 1 milyondan çox azərbaycanlını öz torpaqlarından qovan siyasi liderləri cinayətlərinə görə cavab verməlidirlər", - İ.Korotçenko deyib.
Onun fikrincə, azad edilmiş torpaqları bərpa etmək və Azərbaycan xalqının mənəvi yaralarını sağaltmaq üçün on illər lazım olacaq.
"Bunun üçün Azərbaycanın siyasi iradəsi var. Əminəm ki, bir müddət sonra azad edilmiş torpaqlar yenidən Azərbaycanın incisinə çevriləcək. Azərbaycan xalqı çox zəhmətsevərdir və bərpa işləri aparacaq. Bu, ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş azərbaycanlıların şərəfinə ucaldılmış ən yaxşı abidə olacaq", – o deyib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər