Ermənilərin zərər vurduğu enerji xətləri yenidən qurulur - FOTO - VİDEO
Azərişıq" Tovuz rayonunun Ağdam kəndində elektrik enerjisi təchizatını daha dayanıqlı və keyfiyyətli etmək üçün yenidənqurma işlərinə start verib.
Open.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin 12 iyulda təxribat törədərək Ağdam kəndini atəşə məruz qoyması nəticəsində yaşayış evləri ilə yanaşı elektrik enerjisi xətlərinə də ciddi zərər dəymişdi.
Bununla belə "Azərişıq" ASC-nin ərazidəki əməkdaşları 24 saat fasiləsiz çalışaraq Ağdam kəndində mərmilərin zədələdiyi bütün xətləri bərpa etməklə sakinləri işıqsız qalmağa qoymadı.
Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə "Azərişıq" ASC rəhbərliyi düşmənlə üz-üzə dayanan kənd sakinlərinə və elecə də səngərdə əli tətikdə olan hərbçilərlə həmrəylik nümayiş etdirmək, onlara dövlətin dəstəyini göstərmək üçün Ağdam kəndində yenidən qurma işlərinə start verib.
Onu da qeyd edək ki, "Azərişıq" ASC-nin rəhbərliyi tez-tez cəbhə xətti boyunca yerləşən kənd və yaşayış məntəqələrinə səfər edir, yerlərdə görülən işlərə şəxsən nəzarət edirlər. Əsas məqsəd xüsusilə həssas bölgələrdə yaşayan abonentlərimizə hər zaman dəstək olmaqdır.




Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib