Ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxıldı

Ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxıldıMoskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb.
Open.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Səfirliyin 10 sentyabr tarixli məlumatına əlavə olaraq bildiririk ki, cari ilin 23-24 iyul tarixlərində Moskva şəhərində baş vermiş məlum iğtişaşlar zamanı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşlarının vəziyyəti Səfirliyin diqqəti mərkəzindədir. Belə ki, 15 sentyabr tarixində Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra Səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 18.10.1989-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Elçin İsgəndər oğlu, 16 sentyabr tarixində isə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 nömrəli İstintaq Təcridxanasında olan Azərbaycan Respublikasının vətəndaşı, 11.02.1985-ci il təvəllüdlü Ələkbərov Elvin Alxas oğlu və Rusiya Federasiyasının vətəndaşları: 14.06.1988-ci il təvəllüdlü Qiyasov Ceyhun Nadir oğlu, 12.08.1981-ci il təvəllüdlü İsmayılov Taleh Mustafa oğlu və 01.11.1985-ci il təvəllüdlü Qafarov Ələkbər Asəf oğlu ilə konsulluq görüşü keçiriblər.
Görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını vurğulayıblar. Səfirliyin əməkdaşları tərəfindən onlara məlumat verilib ki, həmvətənlərimizin məsələsi diqqət mərkəzindədir, lazımı hüquqi yardım göstəriləcəkdir və hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir.
Həmçinin 16 sentyabr tarixində konsulluğun birinci katibi Rövşən Axundov Azərbaycan Respublikasının vətəndaşı, 18.10.1989-cu il təvəllüdlü Məmmədov Elçin İsgəndər oğlu, eləcə də, məlum hadisələr zamanı saxlanılmış Rusiya Federasiyasının vətəndaşları, soydaşlarımız, 29.09.1983-cü il təvəllüdlü Zeynalov Natiq Vəli oğlu, 24.03.1986-cı il təvəllüdlü Möclümov Asif Qurban oğlu və 26.03.1987-ci il təvəllüdlü Dibirov Rəşad Ramazan oğlunun Moskva şəhərinin Troitsk rayon məhkəməsinin binasında keçirilmiş məhkəmə iclaslarında iştirak edib. Məhkəmə prosesləri zamanı iddiaçı tərəf ibtidai istintaqın 24.10.2020-ci il tarixinədək uzadıldığına istinad edərək həmin vaxta qədər həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət qaldırıb. Federal hakimlər Rojkov Anatoli Vladimiroviç və Zaycev Roman Yevgeniyeviçin sədrliyi ilə keçirilən məhkəmə proseslərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinə (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) əsasən təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatəti rədd edib və onlar məhkəmə zalından buraxıb.
Lakin, ibtidai istintaq davam etdiyi üçün təqsirləndirilən şəxslərdən Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb. Qeyd etmək lazımdır ki, hakim Anatoli Vladimiroviç Rojkov məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərə müraciət edərək diqqətə çatdırıb ki, Moskvadakı iğtişaşların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu anlayır, lakin, bununla belə Moskva şəhərində, ümumilikdə, Rusiya Federasiyasının ərazisində ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yolverilməzdir", - deyə Səfirliyinin məlumatında vurğulanıb. (APA)

Hadisə       Tarix: 17 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib. xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Qəza səbəbindən metronu

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun bugünki xəbərlər bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbərlər