"Ermənistan-Amerika hərbi təlimləri Rusiya və İranda gərginlik yarada bilər" - Tavenyan
"Ermənistan-Amerika hərbi təlimləri heç nə verməyəcək"
KONKRET.az xəbər verir ki, bu fikri "Ana Ermənistan" blokundan İrəvan merliyinə namizəd Andranik Tevanyan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, Ermənistan sərhədlərinə düşmən qoşunlarının cəmlənməsi simvolikdir.
"İrəvan bizim strateji müttəfiqlərimizlə məntiqli addımlar atmaq əvəzinə, heç bir müsbət siqnal verə bilməyən Ermənistan-Amerika hərbi təlimlərinə başlayır. Bu, İran və Rusiyada gərginlik yarada bilər, təbii dostlarımız və strateji müttəfiqlərimizlə münasibətləri münaqişə həddinə çatdırar. Yeri gəlmişkən, bu iki ölkənin yürütdüyü siyasət nəticəsində Ermənistan bu gün də mövcuddur. Diplomatik cəbhədə gördüyümüz düşmənçilik hərəkəti yaxşı heç nəyə gətirib çıxaran deyil", – deyə Tevanyan bildirib.
O deyib ki, sərhəddə Aİ müşahidəçilərinin monitorinqinin heç bir nəticə vermədiyi kimi Ermənistan-Amerika hərbi təlimləri də heç nə verməyəcək.
"Nikol Paşinyanın yeritdiyi siyasət Azərbaycan və Türkiyəyə Ermənistana hücum etməyə imkan verir, çünki o, ardıcıl olaraq hər şeyi məhv edir, Təəssüf ki, yeni müharibə ehtimalı xeyli artıb və bu, Nikol Paşinyanın apardığı siyasətin nəticəsidir" – , deyə Tavenyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ