"Ermənistan Azərbaycana 1 trilyon dollar təzminat ödəməlidir" - ÖZƏL ŞƏRH

"Ermənistan tərəfindən Azərbaycana ödənilməli olan təzminatın məbləği 1 trilyon dollardır".
KONKRET.az xəbər verir ki, bunu Atatürk Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Kərəm Qarabulut deyib. Onun fikrincə, ermənilərin Azərbaycan torpaqlarına vurduğu ziyanın məbləği bundan az deyil.
Təzminatın təminatı
Bəli, bu məsələ iki ildir ki, məsələ olaraq qalır. Mövzu aktuallaşdıqda isə hesablama işlərinin getdiyi bildirilir. Azərbaycana dəymiş ziyan 2020-də 50 milyard dollar civarında qeyd olunurdusa, 2021-də 70, 2022-nin əvvəli 90 milyard dollar olaraq dəyərləndirilirdi. Söhbət qeyri-rəsmi ekspert rəylərindən gedir. Çünki rəsmi dairələr hesablama mərhələsi, sübut və sənədlərin toplanması prosesindədir. Hesablama işlərini uzadan məqamlar var:
– Dəymiş ziyanın hesablanması hər yerdə aparılmır;
– Laçın koridoru, Şuşa ətrafı kəndlər, Xocavəndin yarısı, Ağdərə, Əsgəran, Xankəndi, Xocalı kimi rayonlar sülhməramlıların nəzarətində, dolayısı ilə qanunsuz erməni birləşmələrinin mövcud olduğu ərazidir;
Bunun özü də dəymiş ziyanın məbləğini artırır. Çünki Qarabağın dağlıq hissəsinin talan edilməsi davam edir. Vəziyyətin belə qalması onu deməyə əsas verir ki, İrəvanın Bakıya ödəməli olduğu təzminatın tam məbləği yalnız sülh müqaviləsindən sonra, sülhməramlıların müvəqqəti məsuliyyət zonasının Azərbaycan qanunvericiliyinə keçməsi ilə hesablanacaq.
Sülh prosesi dondurularsa…
Hazırkı vəziyyət davam edərsə, yəni Rusiya ilə Fransa Ermənistanın "sülh quşu" Anna Akopyan kimi sülh burcutmalarına şərait yaradarsa, "arsax"a muxtariyyət tələb edərsə, Bakı əvvəlcə Qərbi Zəngəzur məsələsini qabarda bilər. Lakin bu işin tarixi əsası varsa, müasir çatışmazlıqlar mövcuddur. Məsələn, Qərbi Zəngəzurun azərbaycanlı əhalisi 1991-ə kimi tam deportasiya edilib, yəni 31 ildir ki, orada yaşamırıq. Qarabağda isə ermənilər yaşayır. Lakin beynəlxalq sənədlərin müzakirəsi tələbilə Göyçə iddiasını da qaldırmaq olar. Yaxud hərbi əməliyyatla Zəngəzuru tutub 25-30 min azərbaycanlını ora köçürtməklə muxtariyyət tələbinə hüquq qazandırmaq variantı var. Etiraf edək ki, bütün bunlar xəyalpərəst mümkünlüklərdir.
Ermənistana real təzyiq üsullarından biri 30 il ərzində dəymiş ziyana görə maddi təzminatın tələb olunmasıdır. İlkin olaraq, Ağdam, Füzuli, Hadrut, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərə dəymiş ziyanı hesablayıb İrəvanı yüzmilyardlarla dollar ödətməyə nail olmaq realdır. Böyük məbləğin bir hissəsini hay havadarları ödəsə də, Ermənistan müflisləşib vətəndaş müharibəsinə bürünəcək. Belə olan halda sülhməramlı-separatçı duetini mikrofonsuz qoymaq, sülhə nail olmaq, Zəngəzur dəhlizini açmaq asanlaşar. Ardınca isə ermənilərin Xocalı vəhşiliklərinə görə, Ağdərə qızıllarını taladığı üçün Azərbaycana vurduğu zərər hesablana bilər.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 09 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər cəbhədən son dəqiqə son xeber 2026 xəbərlər.com