Ermənistan Azərbaycana hansısa şərt irəli sürmək iqtidarında deyil - AÇIQLAMA 

Ermənistan Azərbaycana hansısa şərt irəli sürmək iqtidarında deyil - AÇIQLAMA Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri Edmon Marukyan sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfinin irəli sürdüyü 6 şərtin detallarını açıqlayıb. Belə ki, şərtlərin məğzi Ermənistan kütləvi informasiya vasitələrində öz əksini tapıb.
Azərbaycan Ermənistanın bu şərtlərinə necə reaksiya verəcək? İrəli sürülən tələblər bizim üçün məqbul hesab olunurmu?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb. O bildirib ki, Ermənistan Azərbaycana hansısa şərt irəli sürmək iqtidarında deyil:
"Daha əvvəl Azərbaycan Ermənistana sülhlə bağlı beş maddədən ibarət təkliflərini göndərib. Bu beş maddəni hər iki tərəf açıqlayıb və Ermənistan bu təkliflərə müsbət cavab verib. Hazırda Ermənistanın ölkəmizə 6 bəndlik təklifinə dair fikirlər səsləndirilir. Bu barədə Azərbaycan tərəfi rəsmi mövqe ortaya qoymayıb.
Nəzərə almaq lazımdır ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işçi qruplarının müzakirələrə başladığı bir məqamda digər istiqamətlərdə də müzakirələr aparılacaq. Ermənistanın tələbləri varsa, bu istiqamətdə dialoqlar ola bilər. Lakin qalib tərəf kimi şərtləri diqtə edən tərəf Azərbaycandır. Bu mənada 30 il  işğalçılıq siyasəti ilə regionda böyük bir gərginlik ocağı yaradan Ermənistanın Azərbaycana hansısa şərt irəli sürmək və ya tələb qoymaq kimi lüksü yoxdur. Avropa İttifaqı Şurası və Rusiya da yaxşı başa düşür ki, əsas güc faktoru Azərbaycandır və bizimlə hesablaşılmalıdır".
Ermənistan Azərbaycana hansısa şərt irəli sürmək iqtidarında deyil - AÇIQLAMA Politoloqun fikrincə, Azərbaycanın rəsmi mövqeyi olmadan hansısa qondarma "şərtləri" müzakirə etməyə dəyməz:
"Hesab edirəm ki, danışıqların növbəti mərhələsində hər bir detal ictimaiyyətə açıqlanacaq. Azərbaycanın rəsmi mövqeyi olmadan hansısa qondarma "şərtləri" müzakirə etməyə dəyməz. İndiyə kimi Ermənistan çoxsaylı təxribatlar törədib. Buna uyğun olaraq dövlətimiz adekvat cavab verib. Sülh gündəliyinin taleyi dövlətimiz tərəfindən müəyyənləşir. Ermənistanın uydurma bəyanatlarına fikir verməməliyik. İlham Əliyev dəfələrlə bildirib ki, münaqişə başa çatıb və heç bir status məsələsindən söhbət gedə bilməz. İndi Ermənistanın Qarabağın statusu ilə bağlı irəli sürdüyü iddiaların da heç bir əsası yoxdur".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 14 may 2022
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 cəbhədən son xəbərlər cəbhədən son görüntülər sonxeberler