Ermənistan Azərbaycana qarşı Albaniyadan KÖMƏK İSTƏDİ - FOTO
Ermənistan Azərbaycanın "erməni irsini təhrif etməsi"nin qarşısını almaqda Albaniyanın dəstəyinə ümid edir.
KONKRET.az xəbər verir ki, Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan Albaniya Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Luel Haydarabaxı qəbul edib.
Artur Martirosyan Haydarabaxı salamlayıb, onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona Ermənistan-Albaniya münasibətlərinin inkişafı naminə səmərəli fəaliyyət arzulayıb.
Ən maraqlı məqam isə, Artur Martirosyanın elə ilk görüşdəcə Luel Haydarabaxdan Albaniyanın Azərbaycana qarşı təzyiq etməsini istəməsi olub.
Nazir müavini səfirin diqqətini 44 günlük müharibə nəticəsində Azərbaycanın "nəzarətinə keçmiş ərazilərdə erməni mədəni irsinin qorunub saxlanması problemi"nə yönəldib. O, Ermənistan tərəfinin bununla bağlı yardım gözlədiyini qeyd edib.
"Azərbaycanı erməni mədəni irsinin dağıdılması və təhrif edilməsindən çəkindirmək üçün Albaniya da daxil olmaqla beynəlxalq ictimaiyyətdən təcili kömək gözləyirik", – deyə Martirosyan çərənləyib.
Xatırladaq ki, Albaniya Azərbaycana dost ölkə sayılır və münasibətləri müsbət dəyərləndirilir.
Xuraman Etibarlı,
KONKRET.az

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?