Ermənistan Baş nazirinin müavini: "Bakı və İrəvanın mövqeləri yaxınlaşıb"
Bakı və İrəvanın mövqeləri yaxınlaşıb.
KONKRET.az xəbər verir ki, bunu TASS-a Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.
O bildirib ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə regional kommunikasiyaların bloklanması üzrə işçi qrupu bir çox məsələlərdə, xüsusən də sərhəd və gömrük nəzarəti ilə bağlı İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib.
"Mən Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qarşısının alınması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər", – Qriqoryan vurğulayıb.
Ermənistan Baş nazirinin müavininin sözlərinə görə, ekspert alt qrupları hazırda avtomobil və dəmir yolu infrastrukturlarının bərpası və sonrakı istifadəsi ilə bağlı məsələlərin öyrənilməsini davam etdirirlər.
Xuraman Etibarlı,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?