"Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq" - Əmirbəyov

"Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın "Radiofrance"a müsahibəsində deyib.
E.Əmirbəyov qeyd edib ki, Azərbaycan sülhə nail olmaq üçün Ermənistanla danışıqları bərpa etmək istəyir:
"Təbii ki, Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağındadır. Bizə danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq lazımdır. Sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan isə ikili oyun oynayır. Əgər Ermənistan sülhün və sabitliyin bərqərar olması üçün səylərimizə qoşularsa, biz öz üzərimizə düşən işi görməyə tam hazırıq. Şarl Mişel Avropa Şurasının prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır.
Biz, demək olar ki, otuz ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Ermənistanın Azərbaycanın yeni müharibəyə hazırlaşacağı ilə bağlı iddiaları tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq", – deyə o bildi

Siyasi       Tarix: 12 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər kriminal xeber xeber az sonxabar