Ermənistan bununla bir daha Azərbaycan qarşısında aciz olduğunu göstərdi - Rusiyalı tarixçi

Ermənistan bununla bir daha Azərbaycan qarşısında aciz olduğunu göstərdi - Rusiyalı tarixçiErmənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna raket hücumları vəhşilikdir. Qanuni dildə buna müharibə qaydalarının, beynəlxalq humanitar hüququn və hərbi cinayət qaydalarının pozulması deyilir.
Publika.az xəbər verir ki, bu sözləri rusiyalı tarixçi və analitik Oleq Kuznetsov qeyd edib.
Ermənistan bununla bir daha Azərbaycan qarşısında aciz olduğunu göstərdi - Rusiyalı tarixçiAnalitik erməni hərbçilərin cinayətkar əməllərini birmənalı şəkildə qınayıb: "Aydın şəkildə başa düşməliyik ki, Qarabağ və ətraf ərazilərində hərbi əməliyyatlar başlamazdan əvvəl də erməni siyasi elitası Azərbaycanın mülki infrastrukturuna - Mingəçevir şəhərində yerləşən Su Elektrik Stansiyasına, Abşeronun neft yataqları, neft və qaz kəmərlərinə zərbə endirmək əmrini verəcəyini demişdi. Yəni, döyüş əməliyyatları başlamazdan çox əvvəl Ermənistanın ordusu müharibə etməyə hazırlaşırdı. Başqa sözlə, müharibə etməyə hazır olduqlarını əsla gizlətmirdilər. Azərbaycan hakimiyyəti, ordusu və xalqı belə bir barbar müharibəyə əvvəldən hazır olmalı idi".
O, münaqişə tərəfləri olan ölkələrin xarici işlər nazirləri Moskvada humanitar məqsədlər üçün müvəqqəti atəşkəs haqqında sənəd imzaladıqdan sonra Ermənistan Gəncəyə daha bir zərbə vurduğunu xatırladıb: "Beləliklə, rəsmi İrəvan bir daha özünü aciz tərəf kimi göstərdi. Nasist Qaregin Njdenin ideyalarının davamçılarından başqa bir şey gözləmək olmazdı. Adolf Hitlerin fikirlərinin təsiri altında onun formalaşdırdığı erməni nəzəriyyəsi Ermənistanın Cənubi Qafqaz bölgəsindəki təcavüzünün hərəkətverici qüvvəsi idi və olacaqdır. Buna görə də bu gün Azərbaycan ordusu bu təhlükəni aradan qaldırmaq və günahkarların mühakimə olunmasına şərait yaratmaq üçün mədəni bir missiya həyata keçirir".
Analitik qeyd edib ki, Qarabağın erməni işğalından azad olunması üçün müharibə təkcə Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyü uğrunda müharibəsi deyil, eyni zamanda orta əsr barbarlığına qarşı sivilizasiya müharibəsi, erməni millətçiliyinin ruhani eqoizminə qarşı insanın mənəvi dəyərləri müharibəsidir: "Buna görə bir daha Azərbaycan ordusuna qələbə, Azərbaycan xalqına cəsarət arzulayıram".
Zümrüd

Dünya       Tarix: 11 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 enson xeberler xeberler az sonxabar