Ermənistan cəmiyyətini idarə edən millətçilikdir - MÜSAHİBƏ

Ermənistan cəmiyyətini idarə edən millətçilikdir - MÜSAHİBƏErmənistan cəmiyyətini idarə edən millətçilikdir - MÜSAHİBƏ
Noyabrın 5-də Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan, erməni jurnalistlərin sualını cavablandırarkən, lazım gələrsə Ermənistanın KTMT-yə müraciət edəcəyini bildirdi.
Bu cür açıqlamalar İrəvanda vaxtaşırı səsləndirilir.
Həqiqətən də rəsmi məlumatlara əsasən, İrəvan məsləhətləşmələr aparsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyib.
KTMT-nin cavabı Nikol Paşinyanın birbaşa müraciət etdiyi Rusiyanın cavabı kimi birmənalı oldu - Ermənistan ərazisində silahlı toqquşmalar baş vermir, buna görə müdaxilə üçün heç bir səbəb yoxdur.
İstənilən halda, KTMT İrəvanın demək olar ki, yeganə ümid yeri olaraq qalır, çünki Ermənistanın hətta NATO-ya təsir etmək cəhdləri heç bir nəticə vermədi.
Ermənistan parlamentinin vitse-spikeri, hakim "Mənim addımım" blokunun üzvü Alen Simonyan bu yaxınlarda verdiyi açıqlamada Ermənistanın birmənalı şəkildə müsbət cavab alacağına tam əmin olduqdan sonra KTMT-yə müraciət edəcəyini bildirdi.
Xatırladaq ki, indi KTMT-nin Baş katibi bu vəzifəyə təyinatından sonra Ermənistanın bir il yarımdır mövqeyini ağırlaşdıran Belarus təmsilçisi general Stanislav Zasdır.
Belaruslu politoloq, Belarusun "Yevraziya.Ekspert" nəşrinin redaktoru Petr Petrovski Media.Az-a verdiyi müsahibəsində İrəvanın hazırda blef etdiyini qeyd etdi: "Həqiqətən də, hərbi əməliyyatlar Ermənistan ərazisində keçirilmir. KTMT-yə müraciətin məlumat xarakteri daşımaqdan başqa heç bir təsiri olmayacaq. Təşkilatın nizamnaməsi bu vəziyyətdə İrəvana hərbi yardım göstərməyə imkan vermir".
- Bir neçə gün əvvəl İrəvan kömək üçün birbaşa Moskvaya müraciət etdi, NATO-ya da müraciətlər oldu. Erməni tərəfi hər yerdə rədd cavabı alır və bu vaxt hərbi əməliyyatlar həlledici mərhələyə yaxınlaşır, Azərbaycan BMT qətnamələrini hərbi yolla yerinə yetirir və ərazi bütövlüyünü bərpa edir. Praktiki olaraq bu ümidsiz vəziyyətə baxmayaraq, Ermənistan öz qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün cədvəl təqdim etməyə razı deyil...
- Nəyin erməni cəmiyyətini idarə etdiyini başa düşmək lazımdır. Bu, hər şeydən əvvəl İrəvana Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanımağa imkan verməyən millətçilikdir. Yeri gəlmişkən, de-yure onlar bunu tanıyır, ancaq separatizmi dəstəkləyirlər. Amma əyər, de-yure tanımayacaqlarsa, bu, ATƏT-in Helsinki sazişlərinin pozulması olacaq və bundan sonra böyük ehtimalla Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq ediləcəkdir. Bunu İrəvanda çox yaxşı başa düşürlər.
Ümumiyyətlə, bu gün Ermənistanda ərazilərini effektiv  şəkildə azad edən Azərbaycanla münasibətlərin necə qurulacağına dair bir anlayış yoxdur. Bu, İrəvan üçün sürpriz oldu. /oxu.az

Siyasi       Tarix: 06 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az cebheden xeber xeber.az 2026 kriminal bugun