Ermənistan daha bir fəlakətlə üz-üzə: bütöv bir nəsli itirirlər
Ermənistanın gələcəyi ilə bağlı ideologiya və fikirlər dəyişməzsə, biz bütöv bir nəsli itirəcəyik.
Publika.az xəbər verir ki, bu sözləri təhsil sahəsi üzrə mütəxəssis Atom Mxitaran 58 yaşlı Vəhram Dumanyanın Ermənistanın yeni təhsil naziri təyin edilməsi ilə bağlı açıqlamasında deyib.
"Təhsil sahəsində görüləsi çox şey var, ancaq təhsili ümumi iqtisadi sistemdən ayrı sahə kimi görmək olmaz. Buna görə təhsildə qlobal dəyişikliklər etmək mümkün deyil. Təhsil şöbəsinin son 2,5 ildə apardığı fəaliyyətlər tamamilə uğursuz oldu", - ekspert qeyd edib.
O bildirib ki, təhsilin keyfiyyəti ilə bağlı məsələlər yaxın gələcəkdə həll olunmasa, bu, ölkə üçün fəlakətli nəticələr ortaya çıxaracaq.
Xatırladaq ki, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan iki gün əvvəl vəzifəsindən azad edilib.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək