"Ermənistan dövlətçiliyi uğurla məhv edilir" - Melkonyan

Ermənistanda rəsmi şəkildə dövlətçiliyin dağıdılması prosesi gedir.
KONKRET.azxəbər verir ki, politoloq Sergey Melkonyan öz Teleqram kanalında Ermənistanın dövlət rəmzləri günü baş nazir Nikol Paşinyanın ölkənin gerbi və himnini tənqid etməsinə münasibət bildirib.
O qeyd edib ki, dövlətçiliyin məhv edilməsi istiqamətində artıq bir sıra işlər görülüb. Məsələn, məktəblilər üçün tarix dərsliklərinin yenidən yazılması, bir sıra hərbi birləşmələrin ləğvi həmin prosesin tərkib hissəsidir.
S.Melkonyana görə, "Belə bir prosesdə simvolizm mühüm yer tutur. Ermənistanın dövlət rəmzləri günündə Nikol faktiki olaraq müasir Ermənistana "maneə törədən" gerbin dəyişdirilməsinin zəruri olduğunu bəyan etdi. Sən demə, bu simvol aşağıdakı səbəblərə görə Ermənistana maneədir.
Gerbin üzərində Ararat təsvir edilib. Paşinyanın fikrincə, bibliyadakı dağın erməni tarixi ilə heç bir əlaqəsi yoxdur.
Gerbdə müstəqil erməni krallıqları təsvir edilib. Nikol düşünür ki, bu krallıqların müasir Ermənistanla heç bir əlaqəsi yoxdur.
Ümumiyyətlə, yeni heç nə yoxdur. Görünən odur ki, dövlətçiliyin parçalanması tendensiyası rəmzlərə çatıb. Bu, Türkiyə gündəminə əsaslanır (Biz hamımız Türkiyənin Sovet Ermənistanının gerbindəki Araratla bağlı iddialarını xatırlayırıq).
Bu gün "yeni" inqilabçı Ermənistanın tarixi yazılır. Mövcud kimliyin rədd edilməsinə və Türkiyəyə uyğun yenisinin formalaşmasına əsaslanır.
Təbii ki, təsadüfi deyil ki, Ermənistanın dövlət rəmzləri günündə Azərbaycan öz bayrağını Ermənistan ərazisində quraşdırıb.
Yeni, inqilabi Ermənistana xoş gəlmisiniz!".
Sevinc Paşayeva,
KONKRET.az

Siyasi       Tarix: 16 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxəbərlər bugünki xəbərlər xeberler bugun