"Ermənistan hakimiyyətinin atdığı addımlar bəyan etdiyi mövqedən fərqlənir" - Çavuşoğlu
"Ermənistan hakimiyyətinin atdığı addımlar bəyan etdiyi mövqedən fərqlənir".
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, Ermənistanın normallaşma prosesində səmimi olmadığını vurğulayıb.
"Azərbaycan səmimidir, sülh istəyir və bunu təklif edib. Siz bir tərəfdən Qarabağ Azərbaycandır deyirsiniz, amma digər tərəfdən isə Qarabağa fərqli yollarla silahlı dəstələr göndərirsiniz. Bəyanat imzalandı, amma Zəngəzur dəhlizilə bağlı addım atılmadı", – deyə nazir əlavə edib.
Çavuşoğlunun sözlərinə görə, Ermənistanın bu addımları Rusiya, ABŞ və Avropa ölkələrini də narahat edir:
"Qərb də Ermənistanın Qarabağa qeyri-qanuni olaraq silah və əsgər göndərdiyini təsdiq edib. Təəssüf ki, istədiyimiz səmimiyyəti görmürük. Normallaşma prosesinə onların daha çox ehtiyacı var".
Türkiyəli nazir, həmçinin Ermənistanın paytaxtı İrəvanda terrorçulara açılan "Nemezis" abidəsinin açılmasının qəbuledilməz olduğunu da diqqətə çatdırıb.

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi