Ermənistan İranın əli ilə Azərbaycanı "vurmaq" istəyir - ŞƏRH

Ermənistan İranın əli ilə Azərbaycanı Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə BRICS-ə üzv olmaq üçün təşkilata rəsmi müraciət edib. Sözügedən ölkələrin rəsmi məktubuna adıçəkilən təşkilatın 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitinda baxılacaq.
Məlumat üçün bildirək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. İlk vaxtlar investisiya imkanlarını müəyyən edən qurum 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Azərbaycan və Türkiyənin təşkilata üzvlük istəyi isə Ermənistanı məmnun etməyib. Belə ki, qonşu ölkə nümayəndələri İranın Azərbaycan və Türkiyənin təşkilata üzv olmasına veto qoymasını ümid edir.
Maraqlıdır, İran təşkilatın üzv sayının artırılmasına mane olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Əli Zülfüqaroğlu təşkilata qəbul olmağın önəmindən söz açıb:
"BRICS çoxqütblü dünyada əsas güc mərkəzlərindən biri olacaq. Təşkilat bu yolda güclənir və əhatəsi getdikcə genişlənir. Məlum olduğu kimi, ölkəmiz və Türkiyə ittifaqa üzvlük üçün müraciət edib. Bu birləşmənin bir parçası olmaq dünyanın yeni şərtləri baxımından olduqca önəmlidir. Həmçinin quruma üzvlük təhlükəsizlik faktoru aspektindən də vacibdir. Geosiyasi qarşıdurma elə bir səviyyədədir ki, dövlətlər mütləq ittifaqlar halında fəaliyyət göstərməlidirlər. Bu sayədə özlərini təhdidlərdən qorumalı, sığortalamalıdırlar. Ümumiyyətlə, biz BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqına dollar sisteminin çöküş fonunda baxmalıyıq. Yəni, dünyanın qlobal maliyyə sisteminin və dollar imperiyasının çöküşü prosesinə qədəm qoyması yeni təhdidlər yaradır və heç bir ölkə hazırda həmin təhlükələrdən sığortalanmayıb. Buna görə də dövlətlər qruplar daxilində güclərini birləşdirərək bu prosesə qarşı fəaliyyət göstərir, eyni zamanda öz perspektivlərini də müəyyənləşdirilər. Bu baxımdan BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kifayət qədər ciddi platformadır. Hesab edirəm ki, Azərbaycan və Türkiyə də doğru addım ataraq BRICS-ə qoşulmağa çalışır".
Ekspert BRICS-in dünya iqtisadiyyatının 30 %-ni təşkil etdiyini qeyd edib:
"BRICS-in əsas üzvləri Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikasıdır. Bu dövlətlər təşkilatın əhatəsinin genişlənməsinə maraqlıdır. BRICS-ə üzv olmaq üçün müraciət edən ölkələrin sayı isə getdikcə artır. Təşkilat dünya iqtisadiyyatının 30 faizini təşkil edir və ölkələr kifayət qədər neft, qaz sektoruna sahibdirlər. İttifaqın getdikcə daha da güclənməsi və praktiki mexanizmlərin hazırlanması istiqamətində fəaliyyətinin intensiv xarakter almasını müşahidə edəcəyik".
Müsahib Ermənistan tərəfinin iddialarını isə əsassız adlandırıb:
"İranın Türkiyə və Azərbaycanın BRICS-ə qoşulmasına maneə olmasının nə ciddi bir əsası, nə də potensialı var. Ona görə də erməni politoloqlarının və mediasının iddiaları mənasızdır. Azərbaycan və Türkiyənin bu sahədə effektiv addımlar atacağı gözlənilir. Əgər BRICS-in imkanlarını daha doğru dəyərləndirsək, o zaman bu təşkilatın yeni dünya üzərində hansı perspektivlərə malik olduğunu görə bilərik. Ola bilər ki, Ermənistan Azərbaycan-İran arasındakı münasibətlərin pozulması və ya Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı müəyyən ucuz propaqandalar yaysın. Bununisə heç bir təsiri olmayacaq".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 04 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler qarabag cəbhədən video novruz bayramı