Niyə arıqlamaq kökəlməkdən çətindir? - Alimlər səbəbini tapdı
Alimlər arıqlamağın niyə çətin olduğunu izah ediblər.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, "Cell" jurnalında dərc olunan araşdırmaya görə, insan beyninin əsas proqramı bədəni kök qalmağa təşviq edir, çünki bu, qədimdə sağ qalmaq üçün vacib olub.
Mütəxəssislərin sözlərinə görə, milyon illər əvvəl yağ insan üçün enerji ehtiyatı idi. Onun azalması aclıqdan ölüm riskini artırırdı, çoxluğu isə hərəkət qabiliyyətini azaldırdı. Buna görə də orqanizm təkamül ərzində yağ ehtiyatını qorumaq üçün mexanizmlər formalaşdırıb.
İndi isə qida hər yerdə əlçatan olduğu üçün həmin mexanizmlər arıqlamağa mane olur. İnsan çəki itirməyə başladıqda bədən bunu təhlükə kimi qəbul edir, aclıq hissini artırır və maddələr mübadiləsini ləngidir.
Alimlər qeyd ediblər ki, beyin əvvəlki çəkini "normal" səviyyə kimi yadda saxlayır və arıqladıqdan sonra bədəni yenidən o vəziyyətə qaytarmağa çalışır. Bu, iradəsizlik deyil, bioloji müdafiə mexanizmidir.
Hazırda istifadə olunan arıqlama dərmanları bu mexanizmləri müvəqqəti bloklayır, lakin onların təsiri hər kəsdə eyni olmur və dərman kəsildikdən sonra çəki çox vaxt geri qayıdır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur