Qəzada həlak olan hərbçi xərçəng xəstəsinə donor olubmuş
Gəncədən Türkiyəyə qayıdarkən Gürcüstan sərhədində qəzaya uğrayan "C130" tipli hərbi yük təyyarəsində həlak olan kiçik gizir Ramazan Yağızın həyat hekayəsi sosial şəbəkədə gündəm olub.
KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, iki qız atası olan Ramazan Yağız atasını uşaq yaşlarında itirib və liseyi bitirdikdən sonra orduya qoşulmağa qərar verib.
Məlum olub ki, o, 10 il əvvəl kök hüceyrə (sümük iliyi) donoru kimi qeydiyyatdan keçib və illər sonra bir xərçəng xəstəsinə uyğun donor olub.
O həmin vaxt paylaşdığı yazıda belə qeyd edib:
"Təxminən 10 il əvvəl kök hüceyrə donoru olmaq istəyirsənmi deyə soruşdular, mən də "bəli" dedim. 10 il sonra mənə xərçəng xəstəsi ilə uyğun olduğum bildirildi. Testlərdən sonra iyun ayında əməliyyat baş tutdu və bu gün həmin adamın xəstəxanadan buraxıldığını eşitdim. Bu, həyatımın ən böyük xoşbəxtliyidir".
Xatırladaq ki, ötən gün Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?