"Ermənistan ordan-burdan alınmış 5-6 dronla Azərbaycanla döyüşə bilməyəcək"- Deputat

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun 1 hərbçisi şəhid olub, 1-i yaralanıb. 
Ermənistanın növbəti təxribatı ilə bağlı Milli Məclisin deputatı Azər Badamov azxeber.com-a açıqlama verib.
Deputat deyib ki, bu Ermənistanın son çırpıntılarıdır: "11 may səhər saatlarında Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atdı. Verilən məlumatlara görə, Ermənistan təxribatın əhatə dairəsini genişləndirmək məqsədilə dron kamikadze və minatanlardan atəş açır. Müzəffər ordumuz düşməni bütün cəhdlərin qarşısını uğurla alaraq ağır cavab atəşi ilə susdurur. Ermənistanın bu təxribata əl atmasının əsasında bir neçə məqsədin dayandığını düşünürəm. Bir neçə gün əvvəl ABŞ-da xarici işlər nazirlərinin görüşündə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət edəcək addımlarda mühüm irəlliləyiş olunmuşdu. Ermənistan küncə sıxılmış vəziyyətdədir. Onun ərazi iddiaları, o cümlədən Azərbaycanı ittiham edən yalançı çağırışları ABŞ-da qəbul olunmadı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına, o cümlədən işğal altında qalan 8 kəndi qaytaracağını bəyan etməyə məcbur edildi. Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması onların havadarlarının ürəyindən olmadı".
Azər Badamov bildirib ki, Ermənistanın havadarları Cənubi Qafqaz regionunda gərginliyin davam etməsində maraqlıdır:
"Ona görə də razılaşmış danışıqların nəticələrini heçə endirməyə çalışır. 14 mayda Brüsseldə nəzərdə tutulmuş dövlət başçılarının görüşü və Moldovada nəzərdə tutulmuş görüşü mənasız etmək üçün Ermənistanın havadarlarının tapşırığı ilə bu təxribatlara əl atdığını hesab edirəm. Ermənistan bilir ki, ordan-burdan alınmış 5-6 dronla Azərbaycanla döyüşə bilməyəcək. Azərbaycan ordusu düşmənin bütün hücum cəhdlərini anında məhv edir. Amma bu təxribata əl atma cəhdlərin edilməsində Ermənistanın sülh danışıqlarını manipulyasiya etmək və sülh müqaviləsinin imzalanması ilə bağlı razılaşmaları pozmaq məqsədi daşıdığını hesab edirəm. Düşünürəm ki, Ermənistanın bu cəhdləri mənasızdır. Azərbaycanın məqsədi regionda sülh, sabitlik və əməkdaşlığın yaradılmasıdır. Ölkəmiz bunu istəməyən dairələrin arzularını ürəklərində saxlayacaq".
Şəbnəm Zahir

Sosial       Tarix: 12 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bugun hava durumu sonxeber