"Ermənistan ordusunda "xarici agentlər" var" - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ordusunun yüksək rütbəli hərbçilərindən narahatlığını bildirib. Onun sözlərinə görə, 2020-ci ilin payızında Azərbaycanla münaqişə göstərdi ki, onlardan bəziləri başqa dövlətlərin agentləri ola bilər.
KONKRET.az xəbər verir ki, Ermənistanın baş nazirinin dediyinə görə, Ermənistan ordusunda qarşıdurma zamanı yüksək rütbəli hərbçinin qoşunlarda çaxnaşmaya səbəb olması və tabeliyində olanlara mövqelərini tərk etməyi əmr etməsi ilə bağlı bir hadisə baş verib. O, həmçinin əlavə edib ki, bu faktı müəyyən etdikdən sonra hərbçilər günahını etiraf ediblər.
"Məndən soruşsalar, ekspert rəyim var ki, belə insanlar başqa ölkənin agentləridir", – Paşinyan deyib .
Bundan əvvəl Paşinyan bildirib ki, Ermənistan 2020-ci ildə Dağlıq Qarabağdakı müharibəni ordudakı "beşinci kolon"a görə uduzub . Onun sözlərinə görə, bu faktlar tezliklə ictimailəşə bilər.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir