Ermənistan parlamentində SÖZ GÜLƏŞİ: "Sən bilmirsən ki, türklər..."
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamenti "Hərbi vəziyyət rejiminin ləğvi haqqında" qanun layihəsinin müzakirəsini aparıb.
Publika.az-ın məlumatına görə, iclasda gərgin anlar yaşanıb.
Müxalifət ölkədə hərbi vəziyyət rejiminin uzadılmasının hakimiyyətin siyasi ömrünü uzatmaq üçün bir hiylə olduğuna inanır. Öz növbəsində, iqtidar komandası bunu ehtiyac yaranarsa, sürətli cavab vermək üçün bir fürsət kimi qəbul edir.
Hakim "Mənim addımım" blokunun üzvü Ovannes İqityan hərbi vəziyyət rejiminin uzadılmasını Ermənistanın üzərində Türkiyə təhlükəsinin dolaşması ilə izah edib: "Ordumuz döyüş hazırlığı vəziyyətində olmalıdır ki, pozuntu halında dərhal reaksiya verə bilsin".
Müxalifətdə olan "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü Naira Zohrabyan hakim blokun millət vəkilinə sərt cavab verib: "Düşmən bizi eşitdiyinə görə" "təslim olmaq" sözünü istifadə etmədiyinizi söyləyirsiniz. Sən "Artsax"ın türklər qarşısında diz çökdüyünü bilmirsən?"
O qeyd edib ki, təhlükə hər zaman Ermənistanın üzərində qalacaq, amma bu, hərbi vəziyyət rejimini qorumaq lazım olduğu anlamına gəlmir.
"Çiçəklənən Ermənistan" fraksiyasının millət vəkili Gevorq Petrosyan bəyan edib ki, hakimiyyət hərbi vəziyyət rejiminin qorunması zərurətinin lehinə bircə dəlil də gətirməyib: "Hamımız başa düşürük ki, hərbi vəziyyətin uzadılması hökumətin ömrünü uzatmaq üçün bir hiylədir".
O, Nikol Paşinyanı gecikmədən istefa etməyə çağırıb.
Xatırladaq ki, Ermənistanda hərbi vəziyyət rejimi sentyabrın 27-də Qarabağda hərbi əməliyyatların başlaması ilə tətbiq olunub.
Zümrüd
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək