Ermənistan Prezidenti Cey Di Venslə görüşdü
Ermənistan prezidenti ABŞ vitse-prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
KONKRET.az xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçatryan rəsmi səfərlə İrəvanda olan ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə görüş keçirib.
Məlumata görə, görüş zamanı Vaaqn Xaçatryan ABŞ nümayəndə heyətinin səfərini müsbət qiymətləndirib və bunun iki ölkə arasında münasibətlərin hazırkı yüksək səviyyəsinin göstəricisi olduğunu vurğulayıb. Bu barədə məlumatı Armenpress agentliyi yayıb.
Ermənistan prezidenti regionda sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinin vacibliyinə diqqət çəkib. O, bu istiqamətdə ABŞ prezidenti Donald Trampın rolunu xüsusi qeyd edib.
Tərəflər həmçinin bildiriblər ki, yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun dərinləşməsinə, əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir.
Görüşdə gələcək əməkdaşlıq imkanları və regional proseslər ətrafında da fikir mübadiləsi aparılıb.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq