Ermənistan Qarabağda terrorçular hazırlayır - ŞOK VİDEO

Ermənistan Qarabağda terrorçular hazırlayır - ŞOK VİDEOErmənistan Qarabağda terrorçu və muzdlu dəstələr hazırlamaq prosesini dayandırmayıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu, Teleqramdakı erməni kanallarının yaydığı məlumatlar sayəsində ortaya çıxıb.
Belə ki, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində "Böyük Tiqran" (Metsn Tiqran) hərbi birliyinin nümayəndələri peyda olub. Birliyin bu ərazidə həm Ermənistan, həm də Qarabağdan olan erməni gənclər üçün hərbi hazırlıq kursları keçdiyi (daha dəqiq desək, terrorçu hazırladıqları – red.) müəyyən edilib.
Muzdlu hazırlığı ilə məşğul olan kurslara mayın 31-dən start verilib. Sosial şəbəkələrdəki paylaşımlar hazırlığın Ağdam rayonunun yaxınlığında yerləşən digər Azərbaycan rayonlarında aparıldığı ehtimalı yaradıb.
Qeyd edək ki, "Böyük Tiqran" birliyi 1989-cu ildə I Qarabağ savaşında iştirak üçün yaradılıb. Onun yaradılmasında Ermənistanın keçmiş baş naziri Vazgen Sərkisyan iştirak edib. Müharibə dövründə batalyonun komandiri sonradan Ermənistan parlamentində təşkil edilən teraktda öldürülün Armenak Armenakyan olub. Batalyon Ermənistan-Azərbaycan sərhədi ilə bərabər Tərtər, Ağdam, Laçın istiqamətlərdə aktiv döyüşlərdə iştirak edib.
Batalyon müharibədən sonrakı dövrdə "Böyük Tiqran" beynəlxalq alayı və "Böyük Tiqran" hərbi təlim mərkəzi olaraq fəaliyyət göstərib. Proses Ermənistan Müdafiə Nazirliyinin (nazir Seyran Ohanyan) nəzarəti altında aparılıb. Ayvazyanın o dönəmdəki açıqlamalarından bəlli olur ki, birlik üzv olmaq istəyənlərə 3 aylıq hazırlıq keçib, sonra sıralarına qəbul edib.
Birlik təkcə Qarabağda deyil, Suriyadakı döyüşçülər üçün də muzdlular yetişdirib.

Dünya       Tarix: 08 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbər beynelxalq bank mezenne xeberler az bugünki xəbərlər